İsveçrə Özbəkistana 131 milyon ABŞ dolları qaytaracaq

İsveçrə Özbəkistana 131 milyon ABŞ dolları qaytaracaq Özbəkistan və İsveçrə arasında çərçivə sazişi imzalanacaq
Digər ölkələr
14 Sentyabr , 2020 12:26
İsveçrə Özbəkistana 131 milyon ABŞ dolları qaytaracaq

Özbəkistanın ilk prezidentinin qızı Gülnara Kərimovanın İsveçrənin bank hesablarında 2012-ci ildən bəri qalan vəsaitindən 131 milyon ABŞ dolları Özbəkistan tərəfinə qaytarılacaq.

“Report” “Podrobno.uz” portalına istinadən xəbər verir ki, Özbəkistan hökuməti İsveçrə ilə bu barədə razılığa gəlib və tərəflər arasında çərçivə sazişi imzalanacaq.

G.Kərimova Özbəkistanda mənimsəmə və qəsb ittihamı ilə məhkum edilib. 2012-ci ildə İsveçrə Baş Prokurorluğu onun təxminən 800 milyon İsveçrə frankı məbləğində olan aktivlərini dondurub. Bu məbləğin təqribən 131 milyon ABŞ dolları 2019-cu ildə müsadirə edilmişdi. Hazırda 650 milyon İsveçrə frankı (715 milyon ABŞ dolları) məbləğində aktivlər dondurulmuş vəziyyətdə qalır.

Daha əvvəl istintaq G.Kərimovanın iki cinayət işi üzrə dövlətə vurduğu və vətəndaşlara dəymiş ziyanı 1,2 trilyon sum, 1,6 milyard ABŞ dolları və 26,1 milyon avro olaraq qiymətləndirib. Özbəkistan hökuməti onun ölkə xaricində olan 1,3 milyard ABŞ dolları dəyərəindəki aktivlərinin ölkəyə qaytarılması üzərində işləyir.

Xatırladaq ki, Daşkənd Şəhər Cinayət Məhkəməsi 2020-ci ilin martında cinayətkar cəmiyyətin yaradılması, qəsb və mənimsəmə ilə bağlı yeni cinayət işi çərçivəsində G.Kərimovanın həbs müddətini 13 il dörd aya qədər artırıb.

Son xəbərlər

Orphus sistemi