İsveçrədə bank sədri karantin qaydalarını pozduğuna görə istefaya gedib

İsveçrədə bank sədri karantin qaydalarını pozduğuna görə istefaya gedib İsveçrənin ikinci ən böyük bankı olan “Credit Suisse”in İdarə Heyətinin sədri Antonio Orta-Osorio 2021-ci ildə COVID məhdudiyyətlərini 2 dəfə pozduğuna görə istefaya gedib.
Digər ölkələr
17 Yanvar , 2022 13:24
İsveçrədə bank sədri karantin qaydalarını pozduğuna görə istefaya gedib

İsveçrənin ikinci ən böyük bankı olan “Credit Suisse”in İdarə Heyətinin sədri Antonio Orta-Osorio 2021-ci ildə COVID məhdudiyyətlərini 2 dəfə pozduğuna görə istefaya gedib.

“Report” BBC-yə istinadən xəbər verir ki, onu bu vəzifədə Aksel Leman əvəz edib.

Orta-Osorio banka və onun bankı təmsil etməsinə xələl gətirmiş bəzi hərəkətlərindən peşman olduğunu bildirib.

Onunla bağlı aparılmış daxili araşdırma zamanı məlum olub ki, iyul ayında Antonio Orta-Osorio karantin tələbinə riayət etmədən Uimbldon tennis turnirinin yarımfinalında tamaşaçı qismində iştirak edib. O, noyabr ayında isə İsveçrədə 10-günlük karantin qaydasını pozub.

Xatırladaq ki, Antonio Orta-Osorio 2021-ci ilin aprel ayından etibarən “Credit Suisse”in İdarə Heyətinin sədri vəzifəsini icra edib.

Son xəbərlər

Orphus sistemi