İsveçrə Avropaya miqrasiya axınının artacağını gözləyir

İsveçrə Avropaya miqrasiya axınının artacağını gözləyir Şimali Afrikadakı ağır iqtisadi vəziyyət də daxil olmaqla, Avropaya miqrasiya axını artacaq.
Digər ölkələr
4 İyul , 2022 08:16
İsveçrə Avropaya miqrasiya axınının artacağını gözləyir
Courtesy İmage

Şimali Afrikadakı ağır iqtisadi vəziyyət də daxil olmaqla, Avropaya miqrasiya axını artacaq.

“Report” xəbər verir ki, bu barədə İsveçrənin ədliyyə və polis naziri Karin Keller-Sutter “Blick” qəzetində dərc olunan müsahibəsində bildirib.

O, üçüncü ölkələrdən İsveçrəyə artan miqrasiya haqqında məlumat verib: “Avropaya miqrasiya təzyiqi, görünür, iqtisadi vəziyyətə, xüsusən də Şimali Afrikaya görə artmağa davam etməlidir. Böhranların bir-birini izləmədiyi, üst-üstə düşdüyü bir dövrdə yaşayırıq”.

Nazir əlavə edib ki, payızda koronavirusa yoluxanlarının sayının artması, enerji böhranı təhlükəsi və təchizat zəncirlərinin kəsilməsi səbəbindən vacib malların idxalında çatışmazlıq vəziyyəti çətinləşdirəcək.

Son xəbərlər

Orphus sistemi