İsveçin NATO-ya üzvlüklə bağlı rəsmi müraciətinin tarixi açıqlanıb

İsveçin NATO-ya üzvlüklə bağlı rəsmi müraciətinin tarixi açıqlanıb İsveç hökuməti mayın 16-da ölkənin NATO-ya üzvlüyü üçün rəsmi ərizə ilə müraciət edəcək.
Digər ölkələr
12 May , 2022 12:13
İsveçin NATO-ya üzvlüklə bağlı rəsmi müraciətinin tarixi açıqlanıb

İsveç hökuməti mayın 16-da ölkənin NATO-ya üzvlüyü üçün rəsmi ərizə ilə müraciət edəcək.

“Report” xəbər verir ki, məlumatı “Expressen” yayıb.

Bildirilib ki, mayın 15-də hakim İsveç Sosial Demokratlar Partiyası məsələni yenidən müzakirə etmək məqsədilə əlavə toplantı keçirəcək. Mayın 16-da İsveç parlamentində siyasi təhlükəsizlik analizi üzrə əlavə parlament debatı olacaq. Bundan sonra ölkənin baş naziri Maqdalena Andersson müzakirələrin yekununu elan edəcək. Gözlənilməz hadisə baş verməzsə, hökumət başçısı həmin gün İsveçin NATO-ya üzvlüyü ilə bağlı ərizəni Alyansa təqdim edəcək.

Mayın 17-də Finlandiya Prezidenti Sauli Niinistö İsveçə iki günlüyə dövlət səfərinə yollanacaq. O, Baş nazir Maqdalena Anderssonla ikitərəfli görüş keçirəcək.

Son xəbərlər

Orphus sistemi