İsveçdə müsəlmanları ölümlə hədələyən silahlı şəxs saxlanılıb

İsveçdə müsəlmanları ölümlə hədələyən silahlı şəxs saxlanılıb İsveçin Malmö şəhərində əlində balta olan kişi müsəlmanları öldürəcəyi ilə hədələyib
Digər ölkələr
6 Mart , 2021 08:42
İsveçdə müsəlmanları ölümlə hədələyən silahlı şəxs saxlanılıb

İsveçin Malmö şəhərində əlində balta olan kişi müsəlmanları öldürəcəyi ilə hədələyib.

“Report” xəbər verir ki, bu barədə yerli “Aftonbladet” qəzeti yazıb.

Qeyd edilir ki, o, balta ilə avtobusa minib və "Müsəlmanlar hardadır? Onların hamısın doğrayacağam", - deyə qışqırmağa başlayıb.

Malmö şəhərinin Polis Departamentinin nümayəndəsi Evelina Olsson bildirib ki, o, saxlanılıb, lakin əməliyyat zamanı asayiş keşikçilərini hədələyib.

Son xəbərlər

Orphus sistemi