İsveç yeddi il ərzində Ukraynaya maddi yardım edəcək

İsveç yeddi il ərzində Ukraynaya maddi yardım edəcək İsveç Ukrayna ilə yeni əməkdaşlıq strategiyası çərçivəsində növbəti yeddi il ərzində ona hər il 22 milyon avro ayıracaq.
Digər ölkələr
11 fevral 2022 01:14
İsveç yeddi il ərzində Ukraynaya maddi yardım edəcək

İsveç Ukrayna ilə yeni əməkdaşlıq strategiyası çərçivəsində növbəti yeddi il ərzində ona hər il 22 milyon avro ayıracaq.

“Report” xəbər verir ki, bunu İsveçin beynəlxalq inkişaf və əməkdaşlıq naziri Matilda Ernkrans Ukrayna baş nazirin müavini İrina Vereşçuk ilə görüşdən sonra keçirilən brifinqdə bildirib.

“Biz həm əməkdaşlıq proqramı çərçivəsində, həm də humanitar dəstək çərçivəsində dəstək verəcəyik. İsveç hökuməti Ukrayna ilə yeni əməkdaşlıq strategiyası barədə qərar qəbul edib və bu strategiyaya əsasən, 7 il ərzində Ukrayna hər il islahatlar üçün təxminən 22 milyon avro alacaq”, - deyə Matilda Ernkrans əlavə edib.

Nazirin sözlərinə görə, bu yardım Ukraynada dayanıqlı iqtisadiyyatın və davamlı cəmiyyətin inkişafına töhfə verəcək.

O, həmçinin İsveçin Ukraynaya silah tədarükü ilə bağlı mövqeyinin dəyişmədiyini təsdiqləyib. “İsveçdə silah ixracı ilə bağlı çox ciddi qaydalar və nəzarət var, ona görə də Ukraynaya silah tədarükü etmək planlarımız yoxdur”.

Son xəbərlər

Orphus sistemi