İsveç Türkiyə ilə NATO danışıqlarında fasilənin nə qədər davam edəcəyini bilmir

İsveç Türkiyə ilə NATO danışıqlarında fasilənin nə qədər davam edəcəyini bilmir İsveçin NATO-ya üzvlüklə bağlı müraciətinin təsdiqlənməsi üçün Türkiyə ilə dialoqdakı fasilənin nə qədər davam edəcəyi bilinmir.
Digər ölkələr
29 yanvar 2023 10:13
İsveç Türkiyə ilə NATO danışıqlarında fasilənin nə qədər davam edəcəyini bilmir

İsveçin NATO-ya üzvlüklə bağlı müraciətinin təsdiqlənməsi üçün Türkiyə ilə dialoqdakı fasilənin nə qədər davam edəcəyi bilinmir.

“Report” xəbər verir ki, bunu İsveçin NATO-ya üzvlük danışıqlarındakı nümayəndəsi Oskar Stenström bildirib.

“Ümid edirəm ki, hər halda gələn həftə həmkarımla telefonla əlaqə saxlayacam, lakin nə vaxt görüşəcəyimiz bəlli deyil”- deyə, o bildirib.

O, Türkiyə ilə dialoqda fasilə olduğunu bir daha təsdiqləyib: “Həmkarım və mən razılaşdıq ki, məxfi söhbətlərin və görüşlərin mənası yoxdur. Yəqin ki, bu, yalnız vəziyyəti korlamağımıza səbəb olacaq. İndi biz ayrı işləyirik”.

Son xəbərlər

Orphus sistemi