İsveç NATO-ya üzv qəbul edilə bilər

İsveç NATO-ya üzv qəbul edilə bilər İsveç NATO-ya üzvlüklə bağlı məsələyə yenidən baxa bilər.
Digər ölkələr
31 mart 2022 02:43
İsveç NATO-ya üzv qəbul edilə bilər

İsveç NATO-ya üzvlüklə bağlı məsələyə yenidən baxa bilər.

"Report" SVT telekanalına istinadən xəbər verir ki, bu bəyanatla İsveçin Baş naziri Maqdalena Andersson çıxış edib.

"Mən heç bir şəkildə NATO üzvlüyü istisna etmirəm", - Andersson deyib.

Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq alyansın xarici işlər nazirlərinin Finlandiya və İsveçlə əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəldiyini bildirib. Stoltenberq qeyd edib ki, bu iki ölkə Ukrayna böhranı ilə bağlı təşkilatın bütün məsləhətləşmələrində iştirak edəcək.

Finlandiyanın Baş naziri Sanna Marin bildirib ki, milli təhlükəsizlik məsələsi gündəmə gələrsə, ölkə NATO-ya qəbul olunmaq üçün müraciət etməyə hazırdır.

İngilis versiyası Sweden may join NATO 

Son xəbərlər

Orphus sistemi