İsveç hərbçilərini Malidən çıxarır

İsveç hərbçilərini Malidən çıxarır İsveç hökuməti hərbçilərini malidən çıxarmağı planlaşdırır.
Digər ölkələr
14 Yanvar , 2022 14:28
İsveç hərbçilərini Malidən çıxarır

İsveç hökuməti hərbçilərini Malidən çıxarmağı planlaşdırır.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə İsveç hökuməti adından xarici işlər naziri Ann Lindenin yaydığı yazılı açıqlamada bildirilib.

“Rusiyanın muzdlu “Vaqner” dəstəsinin hərbçilərinin Malidə yerləşdirilməsinə dair əlimizdə sübutlar var. Hərbi xuntanın normal seçkilərə hörmət etmədiyi də ortadadır. Bunların da bizim birliklərə təsir edəcəyini düşündüyümüz üçün hərbçilərimizi Malidən çıxarmağı planlaşdırırıq”,- açıqlamada vurğulanıb.

Sabitlik və sülhün təmin olunması məqsədilə BMT sülhməramlı missiyası daxilində İsveçin 215 hərbçisi Malidə xidmət edir.

Son xəbərlər

Orphus sistemi