İstefaya göndərilən Peru prezidenti Meksikadan siyasi sığınacaq istəyib

İstefaya göndərilən Peru prezidenti Meksikadan siyasi sığınacaq istəyib Parlament tərəfindən istefaya göndərilən Peru prezidenti Pedro Kastilyo Meksikadan siyasi sığınacaq istəyib.
Digər ölkələr
9 Dekabr , 2022 08:48
İstefaya göndərilən Peru prezidenti Meksikadan siyasi sığınacaq istəyib

Parlament tərəfindən istefaya göndərilən Peru prezidenti Pedro Kastilyo Meksikadan siyasi sığınacaq istəyib.

“Report”un məlumatına görə, bunu Meksikanın xarici işlər naziri Marselo Ebrard tviterdə yazıb.

“Kastilyo bu gün səhər tezdən Meksika səfirliyinə daxil olan sığınacaq ərizəsini göndərdiyini təsdiqləyib. Biz Peru hakimiyyəti ilə məsləhətləşmələrə başlamışıq” - o, tviterdə yazıb.

Qeyd edək ki, Peru parlamenti qanunverici orqanın buraxıldığını və komendant saatı tətbiq edildiyini elan edən prezident Pedro Kastilyonun istefaya göndərilməsinə səs verib. Prezident isə Konqresin (parlament) buraxıldığını və ölkədə komendant saatı tətbiq olunduğunu elan edib.

Lakin hərbçilər və polislər Konqresi dəstəkləyib. Qanunvericilər səsverməni ləğv etməyib və dövlət başçısının istefasını təsdiqləyib, Perunun birinci vitse-prezidenti Dina Boluarte dövlət başçısı qismində and içib.

Son xəbərlər

Orphus sistemi