Türkiyənin ən iri şəhəri olan İstanbulda 1 milyona yaxın seysmodavamlı bina tikiləcək.
"Report" xəbər verir ki, bu barədə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki bildirib.
Onun sözlərinə görə, onların tikintisini bir neçə ilə bitirmək nəzərdə tutulub.
“İstanbulda yeni yaşayış evlərinin tikiləcəyi 12 ərazi müəyyən edilib”, - o vurğulayıb.
Nazir deyib ki, İstanbulda 7 milyon 500 min evdən təxminən 1 milyon 500 mini yaşayış üçün təhlükəli hesab olunur.
Qeyd olunub ki, ilk növbədə onlardan 600 mini sökülməlidir.