İsrailin müdafiə naziri: “HƏMAS yaraqlıları kütləvi şəkildə təslim olurlar”

İsrailin müdafiə naziri: “HƏMAS yaraqlıları kütləvi şəkildə təslim olurlar” İsrailin müdafiə naziri Yoav Qalant HƏMAS qruplaşmasının yaraqlılarının kütləvi şəkildə təslim olduğunu açıqlayıb.
Digər ölkələr
12 Dekabr , 2023 09:20
İsrailin müdafiə naziri: “HƏMAS yaraqlıları kütləvi şəkildə təslim olurlar”

İsrailin müdafiə naziri Yoav Qalant HƏMAS qruplaşmasının yaraqlılarının kütləvi şəkildə təslim olduğunu açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” nəşri məlumat yayıb.

Onun sözlərinə görə, oktyabrın 7-də törədilən hücumlarda iştirak edənlər daxil olmaqla, HƏMAS yaraqlıları kütləvi şəkildə təslim olur, İsrail qüvvələri isə onları Qəzza zolağında yerləşən Cebaliya və Şecayyadakı son sığınacaqlarından sıxışdırır: “Təslim olanların sayı onların vəziyyəti haqqında çox şey deyir”.

Daha əvvəl Y.Qalant məlumat vermişdi ki, İsrail hərbçiləri Qəzza zolağında əməliyyatlar zamanı HƏMAS-a bağlı olan minlərlə yaraqlını və silahlı qrupların yüzlərlə komandirini zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi