İsrailin Ben-Qurion hava limanından uçuşlar dayandırılıb

İsrailin Ben-Qurion hava limanından uçuşlar dayandırılıb İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion beynəlxalq hava limanından uçuşlar dayandırılıb.
Digər ölkələr
27 Mart , 2023 14:03
İsrailin Ben-Qurion hava limanından uçuşlar dayandırılıb

İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion beynəlxalq hava limanından uçuşlar dayandırılıb.

“Report” “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail hava limanlarının həmkarlar ittifaqlarının lideri, “Likud” Partiyasının üzvü Pinxas İdan məlumat verib.

“Hava limanında uçuşların dərhal dayandırılması ilə bağlı əmr verdim”, - o deyib.

Qeyd edək ki, “Histadrut”un sədri Arnon Bar-Davidin hökumətin mübahisəli məhkəmə islahatına qarşı işçilərin tətilini elan etməsindən bir neçə dəqiqə sonra Pinxas İdan uçuşların dayandırıldığı barədə məlumat verib.

Son xəbərlər

Orphus sistemi