İsrailin Baş Naziri Baydeni təbrik etdi

İsrailin Baş Naziri Baydeni təbrik etdi İsrailin Baş Naziri Benyamin Netanyahu ABŞ-da prezidentliyə və vitse-prezidentliyə namizədlər Co Baydenlə Kamala Harrisi seçkilərdə qazandıqları qələbə münasibətilə təbrik edib.
Digər ölkələr
8 Noyabr , 2020 12:41
İsrailin Baş Naziri Baydeni təbrik etdi
Binyamin Netanyahu

İsrailin Baş Naziri Benyamin Netanyahu ABŞ-da prezidentliyə və vitse-prezidentliyə namizədlər Co Baydenlə Kamala Harrisi seçkilərdə qazandıqları qələbə münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə Netanyahu özünün tvitterdəki hesabında yazıb.

“Co Bayden, bizim 40 ilə yaxındır ki, yaxşı münasibətimiz var və səni İsrailin böyük dostu kimi tanıyıram. Amerika Birləşmiş Ştatları ilə İsrail arasındakı xüsusi əlaqələri daha da gücləndirmək üçün hər ikinizlə birlikdə çalışmağı səbirsizliklə gözləyirəm”.

Baş nazir, həmçinin Donald Trampa İsrailə göstərilən dostluq münasibətinə, Qüdsü və Qolan yüksəkliklərini tanıdığına, tarixi sülh razılaşmalarına və Amerika-İsrail ittifaqını misilsiz zirvələrə yüksəltdiyinə görə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi