İsraildə koronavirusun növbəti dalğası başlayıb

İsraildə koronavirusun növbəti dalğası başlayıb İsrailin Baş naziri Naftali Bennett israilliləri ölkədə yeni növ koronavirus infeksiyasının növbəti dalğasının başlaması ilə əlaqədar tibbi maska ​​taxmağa və sosial məsafəni gözləməyə çağırıb.
Digər ölkələr
20 Dekabr , 2021 04:11
İsraildə koronavirusun növbəti dalğası başlayıb

İsrailin Baş naziri Naftali Bennett israilliləri ölkədə yeni növ koronavirus infeksiyasının növbəti dalğasının başlaması ilə əlaqədar tibbi maska ​​taxmağa və sosial məsafəni gözləməyə çağırıb.

“Report” xəbər verir ki, hökumət başçısı “omikron” ştamının təhlükəli olduğunu bəyan edib:

“Mənim təxminlərimə görə, üç-dörd həftədən sonra, bəlkə də bundan əvvəl yoluxanların sayında artım olacaq. Hökumət hər cəhətdən hazırdır, tezliklə müəyyən göstərişlər veriləcək. Bu arada hər kəsdən xahiş edirəm mümkün qədər sosial məsafə saxlasınlar, qrup halında toplaşmasınlar, tibbi maska ​​taxsınlar, bu sadə və effektivdir”.

Baş nazir həmçinin, dövlət işçilərinin iş saatının azaldılacağını da bildirib.

İsrail Səhiyyə Nazirliyi tövsiyəsi əsasında israillilərin İrlandiya, İspaniya, Norveç, Finlandiya, Fransa, İsveç və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səyahət qadağası bu gündən qüvvəyə minib. Bu ölkələr “qırmızı siyahı”ya əlavə edilib.

Bundan əvvəl nazirlik hökumətə ABŞ, Türkiyə, Belçika, Macarıstan, Almaniya, İtaliya, Kanada, Mərakeş, Portuqaliya və İsveçrəni israillilər üçün səyahətin qadağan edildiyi ölkələr siyahısına əlavə etməyi tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi