Son sutkada İsraildə COVID-19-a 71 500-dən çox yoluxma halı qeydə alınıb, bu isə pandemiya dövrünün rekordudur.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, hazırda, təxminən, 1600 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 526-sının vəziyyəti ağırdır.
Qeyd edək ki, indiyədək İsraildə koronavirusa 1,7 milyondan çox yoluxma qeydə alınıb. Virusa yoluxanlardan 8300 nəfəri ölüb.