İsrail və Britaniya XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

İsrail və Britaniya XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib İsrailin xarici işlər naziri Gideon Saar və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi arasında telefon danışığı olub.
Digər ölkələr
9 Dekabr , 2024 04:35
İsrail və Britaniya XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

İsrailin xarici işlər naziri Gideon Saar və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi arasında telefon danışığı olub.

"Report"un məlumatına görə, bu barədə israilli nazir "X" sosial şəbəkəsində yazıb.

Onlar Livan, Suriya və Qəzza zolağında baş verən hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Danışıq zamanı Yaxın Şərqdə vəziyyətin pisləşməsi xüsusilə vurğulanıb və bunun İsrail üçün nəticələri müzakirə edilib.

"İsrail fırtınalı bölgədə güc və sabitliyin qalasıdır, bu, belə də qalacaq”, - Saar bildirib.

Son xəbərlər

Orphus sistemi