“İsrail Qəzza zolağının uzunmüddətli inkişaf planını nəzərdən keçirir və bu məsələni ABŞ-la müzakirə edir”.
“Report” “CNN”ə istinadən xəbər verir ki, bunu İsrailin ABŞ-dakı səfiri Maykl Hersoq deyib.
Onun sözlərinə görə, Fələstin Muxtariyyətində islahatlar aparılmalıdır: “İsrail Qəzzanı işğal və ya idarə etməkdə maraqlı deyil. Təhlükəsizlik əsas prioritetdir. Biz HƏMAS-ın İsrailə qarşı hərbi təhdidini və onların potensialını bərpa etmək və təkrar-təkrar zərbə endirmək qabiliyyətini dəyişdirmək üçün oradayıq. Bizim niyyətimiz budur.
İnsanlar başa düşməlidirlər ki, Qəzza 500 kilometrdən çox tunelə malik dünyanın ən böyük terror kompleksidir. Biz əhaliyə hücum etmirik”.