İsrail ordusu Qəzzada son sutkada HƏMAS-ın 30-a yaxın üzvünü məhv edib

İsrail ordusu Qəzzada son sutkada HƏMAS-ın 30-a yaxın üzvünü məhv edib İsrail ordusu Qəzzada son sutkada HƏMAS-ın 30-a yaxın üzvünü məhv edib.
Digər ölkələr
30 dekabr 2023 07:28
İsrail ordusu Qəzzada son sutkada HƏMAS-ın 30-a yaxın üzvünü məhv edib

İsrail ordusu Qəzzada son sutkada HƏMAS-ın 30-a yaxın üzvünü məhv edib.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Qeyd olunub ki, əməliyyatlar 24 saatdan da az müddətdə keçirilib.

Eyni zamanda vurğulanıb ki, Beyt Lahia bölgəsində HƏMAS-ın iki hərbi kompleksi dağıdılıb.

Məlumata görə, həmin hərbi komplekslərdə çoxsaylı silahlar, partlayıcı qurğular yerləşdirilmişdi.

Xatırladaq ki, İsraillə HƏMAS arasında müharibə bu il oktyabrın 7-də başlayıb.

Son xəbərlər

Orphus sistemi