İsrail Müdafiə Qüvvələri Livanla sərhəd yaxınlığında üç günlük planlaşdırılmış təlimə başlayacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Hərbi təlimlər Livanın sərhəd bölgəsində başlayacaq və günortadan sonra başa çatacaq. Onlar İsrail ordusunun 2022-ci il üçün təlim proqramının bir hissəsi kimi əvvəlcədən planlaşdırılıb", - ordunun bəyanatında deyilir.
Təlimlər zamanı hərbçilərin artan hərəkət intensivliyi hiss olunacaq və ərazidə partlayışların əks-sədaları eşidiləcək.