İsrail Ordusu Livanın cənubunda "Hizbullah"a zərbələr endirib

İsrail Ordusu Livanın cənubunda "Hizbullah"a zərbələr endirib İsrail hərbçiləri Livanın cənubunda "Hizbullah"a qarşı yeni zərbələr endirib.
Digər ölkələr
9 Dekabr , 2024 03:00
İsrail Ordusu Livanın cənubunda Hizbullaha zərbələr endirib

İsrail hərbçiləri Livanın cənubunda "Hizbullah"a qarşı yeni zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, hücuma məruz qalan qruplaşma üzvləri atəşkəs razılaşmasını pozublar.

Yeni hücumlar Livanın cənubundakı silah anbarının daxilində fəaliyyət göstərən "Hizbullah" üzvlərinə qarşı təşkil edilib.

"İsrail Müdafiə Qüvvələri Livanın cənubunda mövcudluğunu saxlayır və istənilən təhlükəyə qarşı fəaliyyət göstərməyə davam edəcək", - məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi