İsrail ordusu HƏMAS-ın oktyabrın 7-dəki hücumu ilə bağlı daxili təhqiqata başlayacaq

İsrail ordusu HƏMAS-ın oktyabrın 7-dəki hücumu ilə bağlı daxili təhqiqata başlayacaq İsrail Müdafiə Qüvvələri yaxın günlərdə HƏMAS hərəkatının oktyabrın 7-də törətdiyi hücum və sonrakı hərbi əməliyyatlarla bağlı daxili təhqiqata başlayacaq.
Digər ölkələr
20 fevral 2024 09:34
İsrail ordusu HƏMAS-ın oktyabrın 7-dəki hücumu ilə bağlı daxili təhqiqata başlayacaq

İsrail Müdafiə Qüvvələri yaxın günlərdə HƏMAS hərəkatının oktyabrın 7-də törətdiyi hücum və sonrakı hərbi əməliyyatlarla bağlı daxili təhqiqata başlayacaq.

“Report” İsrail KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Baş Qərargah rəisi Herçi Halevi deyib.

Onun sözlərinə görə, bu proses təxminən üç ay çəkəcək və ordunun bütün bölmələrinə şamil olunacaq: “Döyüş meydanındakı əməliyyat vəziyyəti hazırda belə bir təhqiqat keçirməyə imkan verir”.

Bununla bağlı araşdırmaların hərbi əməliyyatlar bitdikdən sonra başlanılması nəzərdə tutulurdu.

Son xəbərlər

Orphus sistemi