İsrail Nazirlər Kabineti ümumi karantin tətbiq edilməsini təsdiqləyib

İsrail Nazirlər Kabineti ümumi karantin tətbiq edilməsini təsdiqləyib İsraildə 27 dekabr tarixindən etibarən iki həftə müddətində ümumi karantin olacaq
Digər ölkələr
25 Dekabr , 2020 17:47
İsrail Nazirlər Kabineti ümumi karantin tətbiq edilməsini təsdiqləyib

İsrail hökuməti bu gün telefonla keçirilən səsvermədə yeni növ koronavirusun daha da yayılmasının qarşısını almaq məqsədilə 2020-ci ilin əvvəlindən bəri üçüncü dəfə - 27 dekabr tarixindən etibarən iki həftə müddətində ümumi karantinin tətbiq edilməsini təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dekabrın 27-dən yanvarın 9-dək qüvvədə olacaq qaydalara əsasən, vaksinasiya, tibbi və ya sosial yardım almaq, nümayişlərdə və ya məhkəmə prosedurlarında iştirak, idman məqsədi ilə gəzinti halları istisna olmaqla, yaşayış yerindən 1 km-dən çox aralanmaq qadağan olunub. Eyni zamanda başqasının yaşayış yerini tapmaq üçün yaşayış yerindən çıxmağa, ilkin zərurət mallarının, qida məhsullarının və gigiyena vasitələrinin satıldığı mağazalar istisna olmaqla, bütün pərakəndə satış nöqtələri və ictimai yerlərin fəaliyyətinə qadağa qoyulub.

Son xəbərlər

Orphus sistemi