İsrail mülki şəxslərin Qəzzaya qaytarılmasının şərtini açıqlayıb

İsrail mülki şəxslərin Qəzzaya qaytarılmasının şərtini açıqlayıb Qəzza zolağının şimalına bütün mülki şəxslərin qaytarılması yalnız Fələstin anklavında saxlanılan bütün israilli girovlar azad edildikdən sonra mümkündür.
Digər ölkələr
26 Fevral , 2024 23:38
İsrail mülki şəxslərin Qəzzaya qaytarılmasının şərtini açıqlayıb

Qəzza zolağının şimalına bütün mülki şəxslərin qaytarılması yalnız Fələstin anklavında saxlanılan bütün israilli girovlar azad edildikdən sonra mümkündür.

“Report” xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant əsir düşmüş hərbçilərin ailələri ilə görüşündə bildirib.

“Girovların geri qaytarılmasına imkan verəcək şərtlərə nail olmaq üçün gecə-gündüz işləyirik. Bu danışıqların bir hissəsi kimi biz radikal Fələstin hərəkatı olan HƏMAS-a təzyiqi davam etdirməyə çalışırıq.

Müdafiə strukturlarının mövqeyi aydın olacaq: mülki əhalinin Qəzza zolağının şimalına tam qayıdışı yalnız bütün girovların qaytarılmasından sonra baş verəcək”, - deyə nazir bildirib.

Son xəbərlər

Orphus sistemi