İsrail Müdafiə Ordusu HƏMAS-ın “təhlükəsizlik xidmətinin rəisi”ni öldürüb

İsrail Müdafiə Ordusu HƏMAS-ın “təhlükəsizlik xidmətinin rəisi”ni öldürüb İsrail Müdafiə Ordusu Qəzza zolağında “Şifa” xəstəxanasında keçirdiyi xüsusi əməliyyat nəticəsində HƏMAS-ın “təhlükəsizlik xidmətinin rəisi” Faik Mabxuxu ölüb.
Digər ölkələr
18 mart 2024 13:09
İsrail Müdafiə Ordusu HƏMAS-ın “təhlükəsizlik xidmətinin rəisi”ni öldürüb

İsrail Müdafiə Ordusu Qəzza zolağında “Şifa” xəstəxanasında keçirdiyi xüsusi əməliyyat nəticəsində HƏMAS-ın “təhlükəsizlik xidmətinin rəisi” Faik Mabxuxu ölüb.

“Report” xəbər verir ki, məlumatı “newsru.co.il” yayıb.

Bildirilib ki, tapşırıq onun ələ keçirilməsi olub, ancaq “rəis” atışmada ölüb.

Məlumata görə, Mabxux başqa işlərlə yanaşı Qəzza zolağında HƏMAS-ın fəaliyyətini əlaqələndirirmiş.

O, HƏMAS-ın koordinatoru, 2010-cu ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində MOSAD əməkdaşları tərəfindən öldürülmüş Mahmud Mabxuxun kiçik qardaşı idi. Faik Mabxux terror fəaliyyətinə görə, 15 il həbsdə yatdıqdan sonra Qəzzaya qayıdıb.

Son xəbərlər

Orphus sistemi