İsrail Livanla sərhəddə insident barədə xəbərləri təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl şübhəli şəxs Livanla sərhəddəki Metula ərazisində (İsrailin şimalındakı yaşayış məntəqəsi - red.) hasara yaxınlaşıb. O, hasara doğru “Molotov kokteyli” atıb. Nəticədə hasarın ərazisindəki borulardan birinə və kabelə ziyan dəyib”, - məlumata qeyd olunub.
Hadisə barədə daha əvvəl “Kan” radiostansiyası məlumat verib. Radiostansiyanın məlumatına görə, İsrail hərbçiləri hücumçunun hərəkətlərinə cavab olaraq havaya bir neçə xəbərdarlıq atəşi açıblar. Yandırıcı qarışığı atan şəxsin kimliyi və onun motivləri barədə məlumat verilmir.