İsrail İordaniyanın qərbində nəzarəti saxlamaq niyyətindədir

İsrail İordaniyanın qərbində nəzarəti saxlamaq niyyətindədir İsrail fələstinlilərlə münaqişənin tənzimlənməsi statusundan asılı olmayaraq Qərb sahili və Qəzza zolağı daxil olmaqla İordanın qərbindəki bütün əraziləri təhlükəsizlik baxımından tam nəzarətdə saxlayacaq.
Digər ölkələr
19 fevral 2024 19:42
İsrail İordaniyanın qərbində nəzarəti saxlamaq niyyətindədir

İsrail fələstinlilərlə münaqişənin tənzimlənməsi statusundan asılı olmayaraq Qərb sahili və Qəzza zolağı daxil olmaqla İordanın qərbindəki bütün əraziləri təhlükəsizlik baxımından tam nəzarətdə saxlayacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

“İstənilən halda, daimi tənzimlənmə razılaşması olsa və ya olmasa, İsrail İordaniyanın qərbindəki bütün ərazilər üzərində tam təhlükəsizlik nəzarətini saxlayacaq. Bura, əlbəttə ki, Yəhudiyyə və Samariya, habelə Qəzza zolağı daxildir”, – Netanyahu videomüraciətində söyləyib.

Son xəbərlər

Orphus sistemi