İsrail hökumətinin təcili toplantısı keçiriləcək

İsrail hökumətinin təcili toplantısı keçiriləcək İsrail hökumətinin saat 20-də təcili toplantısı keçiriləcək.
Digər ölkələr
21 Noyabr , 2023 18:02
İsrail hökumətinin təcili toplantısı keçiriləcək

İsrail hökumətinin noyabrın 21-də, axşam saatlarında təcili toplantısı keçiriləcək.

“Report” xəbər verir ki, məlumatı “The times of İsrael” yayıb.

Bildirilib ki, iclasda HƏMAS-la girovların azad edilməsinə dair məsələ müzakirə olunacaq. Məlumata görə, girovların azad edilməsinə hökumətin razılıq verəcəyi gözlənilir.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu məsələ ilə bağlı çıxşında demişdi: “Biz razılığa doğru irəliləyirik. Hətta, indi də çox danışmamalı olduğumu düşünürəm. Ancaq ümid edirəm ki, tezliklə yaxşı xəbərimiz olacaq”.

Son xəbərlər

Orphus sistemi