İsrail hərbçiləri minaatan atəşinə cavab olaraq Livandakı “Hizbullah”ın silah anbarlarından birinə zərbə endirib.
“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Ərəb-əl-Aramşa bölgəsində (Livan sərhədi yaxınlığında İsrail yaşayış məntəqəsi) İsrail Müdafiə Qüvvələrinin postuna minaatan atılmasına cavab olaraq, hərbçilər Livan ərazisindəki “Hizbullah”ın silah anbarına hücum ediblər”, – mətbuat xidməti diqqətə çatdırıb.
Bundan əlavə, İsrail hərbçiləri Livan ərazisindən Tel-Hay və Kiryat Şmona sərhəd yaşayış məntəqələri istiqamətində, həmçinin Ştula kəndi yaxınlığındakı ordu postuna mərmilərin atılmasını qeydə alıb: “Cavab olaraq müdafiə ordusu Livandakı atəş nöqtələrinə zərbələr endirib”.
Eyni zamanda, İsrail artilleriyası Livan ərazisindəki bir neçə digər hədəfi atəşə tutub.