İsrail Müdafiə Ordusu (IDF) HƏMAS-ın Livandakı hərbi qanadının rəhbəri Məhəmməd Şahini öldürüb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə IDF-in məlumatında bildirilib.
"Bir müddət əvvəl IDF və ŞABAK-ın (İsrail Ümumi Təhlükəsizlik Xidməti) birgə əməliyyatı zamanı İsrail Hərbi Hava Qüvvələrinin qırıcılarının Sayda şəhərinə zərbə endirməsi nəticəsində terrorçu Məhəmməd Şahin öldürülüb. M.Şahin HƏMAS-ın Livandakı əməliyyat şöbəsinin rəhbəri olub", - məlumatda qeyd edilib.