İsrail HƏMAS-ın kiber qoşun bölməsinin üç üzvünü zərərsizləşdirib

İsrail HƏMAS-ın kiber qoşun bölməsinin üç üzvünü zərərsizləşdirib İsrailin Hərbi Hava Qüvvələrinin qırıcıları HƏMAS-ın kiber bölməsinin üç üzvünün olduğu qərargaha zərbə endirib
Digər ölkələr
19 May , 2021 22:09
İsrail HƏMAS-ın kiber qoşun bölməsinin üç üzvünü zərərsizləşdirib

İsrailin Hərbi Hava Qüvvələrinin qırıcıları HƏMAS-ın kiber bölməsinin üç üzvünün olduğu qərargaha zərbə endirib.

“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.

"İsrailin Müdafiə Ordusu və ordunun hərbi kəşfiyyatı Qəzzada HƏMAS-ın operativ sığınacağında olan üç döyüşçünü zərərsizləşdirib. Hədəfə İsrailin Hərbi Hava Qüvvələrinin qırıcıları tərəfindən zərbə endirilib", - hərbçilərin xəbərində deyilir.

Hərbçilər qeyd ediblər ki, qərargah İsrailə qarşı kiberhücumlar üçün istifadə olunub.

Qeyd edək ki, İsrailin və Qəzza sektorunun sərhədində vəziyyət mayın 10-da axşam daha da gərginləşib.

Son xəbərlər

Orphus sistemi