İsrail HƏMAS-ın HHM qüvvələrinin başçısının öldürüldüyünü açıqlayıb

İsrail HƏMAS-ın HHM qüvvələrinin başçısının öldürüldüyünü açıqlayıb İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti Qəzza zolağında HƏMAS-ın hava hücumundan müdafiə (HHM) qüvvələrinin rəhbəri Nidal Əl-Nəccarın öldürüldüyünü açıqlayıb.
Digər ölkələr
6 Dekabr , 2024 22:16
İsrail HƏMAS-ın HHM qüvvələrinin başçısının öldürüldüyünü açıqlayıb

İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti Qəzza zolağında HƏMAS-ın hava hücumundan müdafiə (HHM) qüvvələrinin rəhbəri Nidal Əl-Nəccarın öldürüldüyünü açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, mətbuat xidmətinin məlumatına görə, Əl-Nəccar müharibə boyu İsrail dövlətinə və İsrail qoşunlarına hücumların rəhbərlərindən biri olub.

“Məqsədli əməliyyat zamanı HƏMAS-ın Qəzza şəhərindəki hava bölməsinin rəhbəri və Qəzza zolağında HƏMAS-ın hava hücumundan müdafiə bölməsinin komandiri Nidal əl-Nəccar məhv edilib”, - məlumatda deyilir.

Qurumdan bildirilib ki, İsrail ordusu İsrailin mülki şəxslərinə və Müdafiə Qüvvələrinə qarşı terror fəaliyyətlərində iştirak edən hər kəsi təqib etməyə davam edəcək.

Son xəbərlər

Orphus sistemi