İsrail Qəzzada atəşin dayandırılması barədə qərar qəbul edib

İsrail Qəzzada atəşin dayandırılması barədə qərar qəbul edib İsrailin Nazirlər Kabineti Qəzza sektoruna zərbələrin dayandırılması barədə qərar qəbul edib
Digər ölkələr
329
20 May , 2021 23:29
İsrail Qəzzada atəşin dayandırılması barədə qərar qəbul edib

İsrailin Nazirlər Kabineti Qəzza sektoruna zərbələrin dayandırılması barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə yerli televiziya məlumat yayıb.

Qeyd edək ki, İsraillə anklavın sərhədində vəziyyət mayın əvvəllərində pisləşib. Şərqi Qüdsün Şeyx-Carrah rayonunda bir neçə fələstinli ailə ilə İsrailin polis əməkdaşları arasında baş verən toqquşmalar hərbi əməliyyatlarla nəticələnib.

Raket zərbələri, habelə digər hərbi əməliyyatlar nəticəsində İsrail tərəfdən 12 nəfər həlak olub, 50-dən çox insan xəsarət alıb. Fələstin isə İsrailin hava zərbələri nəticəsində ölənlərin sayının 230 nəfərə çatdığını, 1,7 min nəfərdən çox insanın yaralandığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi