İsrail-Fələstin məsələsi ilə bağlı yaradılan təmas qrupu Nyu-Yorkda müzakirələr aparıb

İsrail-Fələstin məsələsi ilə bağlı yaradılan təmas qrupu Nyu-Yorkda müzakirələr aparıb İsrail-Fələstin məsələsi ilə bağlı yaradılan təmas qrupu Nyu-Yorkda səfərdədir. Təmas qrupuna Türkiyənin xarici işlər naziri Hakan Fidan da daxildir.
Digər ölkələr
30 Noyabr , 2023 02:55
İsrail-Fələstin məsələsi ilə bağlı yaradılan təmas qrupu Nyu-Yorkda müzakirələr aparıb

İsrail-Fələstin məsələsi ilə bağlı yaradılan təmas qrupu Nyu-Yorkda səfərdədir. Təmas qrupuna Türkiyənin xarici işlər naziri Hakan Fidan da daxildir.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Məlumata əsasən, səfər çərçivəsində qrup üzvlərinin Çinin xarici işlər naziri Van İ və BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşü olub.

Görüş zamanı İsraillə Fələstin arasında baş verən son hadisələr və problemin həlli istiqamətində atılacaq addımlar nəzərdən keçirilib.

Xatırladaq ki, noyabrın 11-də yaradılan təmas qrupuna Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İndoneziya, Qətər, İordaniya, Fələstin nümayəndələri ilə yanaşı, Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt də daxildir.

Son xəbərlər

Orphus sistemi