İsrailə məxsus dronun zərbəsi nəticəsində Livanın paytaxtı Beyrutda “İzzəddin Əl-Qəssam” briqadasının iki komandiri ölüb.
“Report” xəbər verir ki, bu barədə “Al Aqsa” telekanalı məlumat yayıb.
Qeyd edək ki, daha öncə HƏMAS-ın siyasi bürosunda sədr müavini Saleh əl-Arurinin öldürüldüyünə dair məlumat yayılmışdı.
İsrailə məxsus dronun Livanın paytaxtı Beyrutun cənub şəhərətrafında yerləşən HƏMAS-ın qərargahına zərbə endirməsi nəticəsində ölən və yaralananlar var.
“Report” Livanın
Bildirilib ki, hadisədə ümumilikdə dörd nəfər ölüb. Onlardan biri HƏMAS-ın İordan çayının Qərb sahilindəki nümayəndəsi Saleh əl-Aruridir.
Məlumata görə, olayda 11 nəfər yaralanıb.
Qeyd edək ki, Saleh əl-Aruri HƏMAS-ın liderlərindən biri, onun hərbi qanadı “İzzəddin Əl-Qəssam” briqadasının banilərindəndir. 2023-cü ilə olan vəziyyətə əsasən o, HƏMAS-ın siyasi bürosunda sədr müavini və HƏMAS-ın İordan çayının qərb sahilindəki hərbi komandanıdır. Bununla belə, o, Livanda yaşayıb.