İspaniyada yaşayış binası uçub, dağıntılar altında qalanlar var

İspaniyada yaşayış binası uçub, dağıntılar altında qalanlar var İspaniyanın Valensiya muxtar əyalətində üçmərtəbəli yaşayış binası qismən dağılıb.
Digər ölkələr
26 Avqust , 2021 02:09
İspaniyada yaşayış binası uçub, dağıntılar altında qalanlar var

İspaniyanın Valensiya muxtar əyalətində üçmərtəbəli yaşayış binası qismən dağılıb.

“Report” xəbər verir ki, bu barədə “El Periodico” qəzeti bildirib.

Qəzetin məlumatına görə, hadisə Peniskola yaşayış məntəqəsində baş verib. Qeyd edilir ki, hazırda azı üç nəfər dağıntılar altındadır. Onlardan birinin yeri aşkarlanıb, amma həmin şəxsi çoxmənzilli binanın dağıntıları altından xilas etmək mümkün olmayıb.

Hadisə yerində yanğınsöndürmə xidməti və xilasedicilər işləyir.

Son xəbərlər

Orphus sistemi