İspaniyada sürücü avtomobili insanların üzərinə sürüb, 7 nəfər yaralanıb

İspaniyada sürücü avtomobili insanların üzərinə sürüb, 7 nəfər yaralanıb Bu barədə regional təcili xidmət tvitter səhifəsində məlumat yayıb
Digər ölkələr
27 Mart , 2021 09:31
İspaniyada sürücü avtomobili insanların üzərinə sürüb, 7 nəfər yaralanıb

İspaniyanın Kastiliya-La Mança muxtar icmasında sürücünün avtomobili insanların üzərinə sürməsi nəticəsində 7 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə regional təcili xidmət tvitter səhifəsində məlumat yayıb.

Bildirilib ki, hadisə krallığın Yunkera-de-Enares bələdiyyəsində baş verib. Yaralıların 4-ü hospitala yerləşdirilib. Məlumata görə, sürücü avtomobili qəsdən insanların üzərinə sürüb. Avtomobilin sürücüsü saxlanılıb. Saxlanılan şübhəli uşaqları ilə bağlı qəyyumluq hüququnu itirdiyi üçün bu addımı atdığını bildirib.

Son xəbərlər

Orphus sistemi