İspaniyada silahlı hücum olub, xəsarət alanlar var

İspaniyada silahlı hücum olub, xəsarət alanlar var İspaniyada naməlum kişi barda bıçaqla insanlara hücum edib.
Digər ölkələr
10 Noyabr , 2021 05:46
İspaniyada silahlı hücum olub, xəsarət alanlar var

İspaniyada naməlum kişi barda bıçaqla insanlara hücum edib.

“Report”un “Europa Press”ə istinadən verdiyi məlumata görə, hadisə Barakaldo şəhərində (Basklar ölkəsi) qeydə alınıb.

Qeyd edilir ki, o, əvvəlcə bıçaqla barın sahibinə hücum edib, sonra isə qarşıdurmaya müdaxilə etməyə çalışan müştərini yaralayıb. Yaralılar xəstəxanaya çatdırılıb. Cinayətkar bundan sonra ayaqyoluda barrikada qurub.

Hadisə yerinə gələn polis əməkdaşları cəlb olunub, əraziyə yaxın küçələr mühasirəyə alınıb.

Son xəbərlər

Orphus sistemi