İspaniyada meymunçiçəyinə 198 yoluxma qeydə alınıb

İspaniyada meymunçiçəyinə 198 yoluxma qeydə alınıb İspaniya hakimiyyəti krallıqda azı 198 meymun çiçəyi virusuna yoluxma faktını təsdiqləyib.
Digər ölkələr
7 İyun , 2022 04:07
İspaniyada meymunçiçəyinə 198 yoluxma qeydə alınıb

İspaniya hakimiyyəti krallıqda azı 198 meymun çiçəyi virusuna yoluxma faktını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

"III Karlos Sağlamlıq İnstitutu 198 yoluxma halını təsdiqlədi", - nazirlikdən bildirilib. Bundan əvvəl rəsmi qurumlar 186 yoluxma barədə məlumat veriblər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edib ki, meymunçiçəyi əsasən, mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində, tropik meşələrinin yaxınlığında yayılan nadir xəstəlikdir.

Son xəbərlər

Orphus sistemi