İspaniyada hərbçilər güclü meşə yanğınlarının qarşısını almağa cəlb edilib

İspaniyada hərbçilər güclü meşə yanğınlarının qarşısını almağa cəlb edilib İspaniyanın Kanar adalarının bir hissəsi olan La Palma adasında meşə yanğını tüğyan edir.
Digər ölkələr
16 iyul 2023 02:49
İspaniyada hərbçilər güclü meşə yanğınlarının qarşısını almağa cəlb edilib

İspaniyanın Kanar adalarının bir hissəsi olan La Palma adasında meşə yanğını tüğyan edir.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Qeyd olunub ki, yanğına görə ən azı 500 nəfər təxliyə edilib. Adanın şimalındakı meşəlik ərazidə başlayan yanğının sürətlə yayılmasına quraqlıq və güclü külək kömək edib. Nəticədə ən azı 11 ev külə dönüb.

İspaniya ordusu yerli mülki xilasedicilərə kömək etmək üçün adaya 150 yanğınsöndürən gətirib. Bundan başqa, yanğınla mübarizəyə bir neçə helikopter və təyyarə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi