İspaniyada həkimlər tətilə başlayıb

İspaniyada həkimlər tətilə başlayıb Təşkilatçılar tətildən vaz keçmək üçün dialoq təşəbbüsü kimi səhiyyə naziri Salvador İlya ilə görüşmək təklifi irəli sürüblər.
Digər ölkələr
1306
27 Oktyabr , 2020 14:57
İspaniyada həkimlər tətilə başlayıb
0 : 00
0 : 00

İspaniyada tibb işçilərinin ümumi tətili başlayıb.

“Report” “Euro Weekly News”ə istinadən xəbər verir ki, Dövlət Tibbi İttifaqlar Konfederasiyasının (CESM) İcraçı Komitəsinın çağırışı ilə hər ayın son çərşənbə axşamı günü ölkənin bütün tibb işçiləri tətilə çıxacaqlar.

Buna səbəb səhiyyə ocaqlarında müstəsna olaraq qeyri-tibb işçilərini işə qəbul etməyə imkan yaradan krallıq fərmanının təsdiqi olub. CESM-ə görə, belə bir qayda müxtəlif idarələr tərəfindən yeridilən insan ehtiyatları idarəçiliyi siyasətinin fəlakətə uğraması, milli səhiyyə sistemində istər xəstələrin müalicəsi, istərsə də peşə fəaliyyəti üçün şərtlərin təhlükəyə düçar olmasına gətirib çıxaracaq.

Təşkilatçılar tətildən vaz keçmək üçün dialoq təşəbbüsü kimi səhiyyə naziri Salvador İlya ilə görüşmək təklifi irəli sürüblər.

“El Mundo” xəbər verir ki, tətildə 150 minədək həkim iştirak edə bilər.

Xatırladaq ki, pandemiya dövründə 1,1 milyionadək sakinin koronavirusa yoluxduğu, bunlardan 35 mininin öldüyü İspaniyada oktyabrın 25-dən xüsusi hazırlıq rejimi tətbiq edilib və gələn il may ayının sonunadək davam edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi