İspaniyada güclü isti səbəbindən xəbərdarlıq elan olunub

İspaniyada güclü isti səbəbindən xəbərdarlıq elan olunub İspaniya Dövlət Meteorologiya Agentliyi güclü isti səbəbindən krallığın bir sıra vilayətlərində xəbərdarlıq elan edib.
Digər ölkələr
12 İyul , 2021 12:29
İspaniyada güclü isti səbəbindən xəbərdarlıq elan olunub

İspaniya Dövlət Meteorologiya Agentliyi güclü isti səbəbindən krallığın bir sıra vilayətlərində xəbərdarlıq elan edib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qurum ölkənin cənub-şərqində sarı (təhlükə) və narıncı (yüksək təhlükə) səviyyəli təhlükə elan edib. Valensiya üçün təhlükənin ən yüksək – qırmızı səviyyəsi elan olunub. Proqnozlara görə burada temperaturun 44 dərəcə Selsiyə çatmaq ehtimalı var.

İspaniyada son temperatur rekordu 2017-ci ildə qeydə alınıb. Belə ki, iyul ayının ortalarında Kordovada temperatur 46,9 dərəcəyədək yüksəlib.

Son xəbərlər

Orphus sistemi