İspaniyada gecə klubunda baş verən yanğında 13 nəfər ölüb - YENİLƏNİB

İspaniyada gecə klubunda baş verən yanğında 13 nəfər ölüb - YENİLƏNİB İspaniyada gecə klubunda yanğın olub, ölənlər var.
Digər ölkələr
1 oktyabr 2023 15:32
İspaniyada gecə klubunda baş verən yanğında 13 nəfər ölüb - YENİLƏNİB

İspaniyada gecə klubunda baş verən yanğında 13 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə regional fövqəladə hallar xidmətinin saytında məlumat verilib.

Qeyd olunub ki, insidentlə bağlı ilk xəbər fövqəladə hallar xidmətinə yerli vaxtla saat 06:00 (Bakı vaxtı ilə 08:00) radələrində daxil olub. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Vurğulanıb ki, yanğında dörd nəfər yaralanıb.

“La opini n de Murcia” qəzetinin yazdığına görə, yanğının gecə klubundakı işıq lampalarının birində yaranan qısaqapanmadan başlaya biləcəyi ehtimal edilir.

Mursiyada baş verən faciəli hadisə ilə əlaqədar 3 günlük matəm elan edilib.

16:47

İspaniyada gecə klubunda yanğın olub, ölənlər var.

"Report" xəbər verir ki, bu barədə AFP agentliyi fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

Hadisə ölkənin cənub-şərqində baş verib.

Digər təfərrüatlar məlum deyil.

Son xəbərlər

Orphus sistemi