İspaniyada “AstraZeneca” peyvəndi 55 yaşdan yuxarı şəxslərə qadağan edildi

İspaniyada “AstraZeneca” peyvəndi 55 yaşdan yuxarı şəxslərə qadağan edildi İspaniya səhiyyə nazirliyi, Oksford Universiteti və “AstraZeneca” şirkəti tərəfindən hazırlanan yeni növ koronavirus infeksiyasına qarşı peyvəndin yalnız 18-55 yaş arası olan şəxslər üçün istifadə edilməsinə icazə verib.
Digər ölkələr
114
5 Fevral , 2021 23:34
İspaniyada “AstraZeneca” peyvəndi 55 yaşdan yuxarı şəxslərə qadağan edildi

İspaniya səhiyyə nazirliyi Oksford Universiteti və “AstraZeneca” şirkəti tərəfindən hazırlanan yeni növ koronavirus infeksiyasına qarşı peyvəndin yalnız 18-55 yaş arası olan şəxslər üçün istifadə edilməsinə icazə verib.

“Report”un məlumatına görə, bu barədə “El Pais” qəzeti xəbər yayıb.

Qeyd olunub ki, peyvəndin ilk dozalarının həftəsonu İspaniyaya gətirilməsi gözlənilir. Qərara əsasən, “AstraZeneca” peyvəndi pandemiyaya qarşı mübarizədə iştirak etməyən həkimlər, tibb və sosial işçilərinə vurulacaq.

İndiyə qədər ölkədə Pfizer və BioNTech konsorsiumu və Moderna tərəfindən hazırlanmış peyvəndlərdən istifadə olunurdu.

Son xəbərlər

Orphus sistemi