İspaniya XİN: “NATO təhlükəsizliyinə ciddi təhdidlər şərq cinahdan gəlir”

İspaniya XİN: “NATO təhlükəsizliyinə ciddi təhdidlər şərq cinahdan gəlir” “Hazırda NATO-nun və Pireney yarımadası dövlətlərinin təhlükəsizliyinə ən ciddi təhdidlər alyansın şərq cinahından gəlir”.
Digər ölkələr
26 İyun , 2022 16:07
İspaniya XİN: “NATO təhlükəsizliyinə ciddi təhdidlər şərq cinahdan gəlir”

“Hazırda NATO-nun və Pireney yarımadası dövlətlərinin təhlükəsizliyinə ən ciddi təhdidlər alyansın şərq cinahından gəlir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.

XİN rəhbəri xatırladıb ki, NATO-nun iyunun 28-30-da Madriddə keçiriləcək sammiti Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda keçiriləcək:

“İspaniya etiraf edir ki, hazırda NATO-nun, buna görə də ispanların təhlükəsizliyinə ən böyük təhdidlər şərq cinahdan gəlir. Amma cənub cinahdan da təhdidlər var ki, qalan müttəfiqlər bunu bilirlər”.

Son xəbərlər

Orphus sistemi