İspaniya meymunçiçəyinin müalicəsi üçün peyvənd və dərmanlar alacaq

İspaniya meymunçiçəyinin müalicəsi üçün peyvənd və dərmanlar alacaq İspaniya meymunçiçəyinin müalicəsi üçün peyvəndlər və virus əleyhinə dərmanlar alacaq.
Digər ölkələr
26 May , 2022 04:12
İspaniya meymunçiçəyinin müalicəsi üçün peyvənd və dərmanlar alacaq

İspaniya meymunçiçəyinin müalicəsi üçün peyvəndlər və virus əleyhinə dərmanlar alacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İspaniyanın səhiyyə naziri Karolina Darias deyib.

Onun sözlərinə görə, İspaniya hakimiyyəti artıq bir neçə həftəyə çatacaq dərmanların alınması ilə bağlı Avropa Dərman Agentliyi ilə danışıqlar aparıb. Xüsusilə, Darias hökumətin qərarı ilə bağlı regional səhiyyə idarələrinin nümayəndələrini məlumatlandırıb.

İspaniyada 59 ortopoxvirus infeksiyası müəyyən edilib, onlardan 20-nin meymunçiçəyi olduğu təsdiqlənib.

Aprel və may aylarında Qərbi Avropanın bir sıra ölkələrində yayılan meymunçiçəyi virusu digər qitələrdə də aşkarlanıb. Böyük Britaniyadan başqa, son yoluxma halları Avstraliya, Belçika, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə və İsveçdə də qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, meymunçiçəyi epidemiyaları üçün ölüm nisbəti adətən 1% ilə 10% arasındadır, ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.

Son xəbərlər

Orphus sistemi