Fələstinin radikal HƏMAS hərəkatı və İsrail hakimiyyəti Qəzza zolağında atəşkəs sazişi bağlamağa yaxındır.
“Report” xəbər verir ki, bu barədə HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyənin teleqramda dərc edilmiş açıqlamasında deyilir.
Onun sözlərinə görə, HƏMAS və İsrail Qəzzadakı müharibə şəraitində atəşkəs razılaşmasına daha yaxındırlar:
“HƏMAS öz cavabını Qətərə və digər vasitəçilərə verib”.