İrlandiyanın Baş naziri vətəndaşları Ukraynaya səfərdən çəkinməyə çağırıb

İrlandiyanın Baş naziri vətəndaşları Ukraynaya səfərdən çəkinməyə çağırıb Rusiya-Ukrayna sərhədində davam edən gərginlik fonunda İrlandiya vətəndaşları Ukraynaya lazımsız səfərlərdən çəkinməlidirlər.
Digər ölkələr
26 Yanvar , 2022 08:23
İrlandiyanın Baş naziri vətəndaşları Ukraynaya səfərdən çəkinməyə çağırıb

Rusiya-Ukrayna sərhədində davam edən gərginlik fonunda İrlandiya vətəndaşları Ukraynaya lazımsız səfərlərdən çəkinməlidirlər.

“Report” xəbər verir ki, bu barədə Doyl Erendə (parlamentin aşağı palatası - Red) çıxışı zamanı İrlandiyanın baş naziri Mişol Martin bildirib.

İrlandiya hökumətinin başçısının sözlərinə görə, hazırda minlərlə rus əsgəri Ukrayna sərhədi yaxınlığında cəmləşib və bu, Dublində narahatlıq yaradır.

Martin həmçinin əlavə edib ki, İrlandiya vəziyyətin dövlətlərin ərazi bütövlüyünə hörmət və demokratiya prinsiplərinə əsaslanacaq diplomatik həll yolunu dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi