Mühafizəçiləri İrlandiya XİN başçısını məcburən səhnədən endirib

Mühafizəçiləri İrlandiya XİN başçısını məcburən səhnədən endirib İrlandiyanın xarici işlər naziri Saymon Koveni səhnədə çıxış edərkən mühafizəçiləri tərəfindən qəfil səhnədən endirilib.
Digər ölkələr
25 Mart , 2022 17:00
Mühafizəçiləri İrlandiya XİN başçısını məcburən səhnədən endirib

İrlandiyanın xarici işlər naziri Saymon Koveni səhnədə çıxış edərkən mühafizəçiləri tərəfindən qəfil səhnədən endirilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ITV məlumat yayıb.

Məlumata görə, nazir Belfastdakı tədbirdə çıxış edən zaman partlayış təhlükəsi ilə bağlı məlumat alınıb və mühafizəçilər işə qarışmalı olub.

Belə ki, naməlum şəxslər ağ rəngli minivenə əyləşərək sürücünü silahla hədələyib və avtomobilə kanistr qoyduqdan sonra sürücüdən tədbirin keçirildiyi binaya doğru getməyi tələb ediblər.

“Reuters”in məlumatına görə, mühafizə orqanları binanın dayanacağında oğurlanmış avtomobildə şübhəli əşya aşkar etdikdən sonra naziri səhnədən uzaqlaşdırıblar.

Son xəbərlər

Orphus sistemi