İraqın şimalında İŞİD hücumu nəticəsində 3 nəfər ölüb

İraqın şimalında İŞİD hücumu nəticəsində 3 nəfər ölüb İraqın paytaxtı Bağdadın şimalında İŞİD silahlıları tərəfindən təşkil edilən hücum nəticəsində azı üç polisi zabiti öldürülüb.
Digər ölkələr
12 Sentyabr , 2021 00:36
İraqın şimalında İŞİD hücumu nəticəsində 3 nəfər ölüb

İraqın paytaxtı Bağdadın şimalında İŞİD silahlıları tərəfindən təşkil edilən hücum nəticəsində azı üç polis zabiti öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Alsumaria" telekanalı yerli hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Hücum Kərkük vilayətinin cənubunda yerləşən Dakuk bölgəsində baş verib. İŞİD silahlıları 5-ci polis briqadasına hücum edərək 3 nəfəri öldürüblər, 1 nəfər isə xəsarət alıb.

Bir həftə əvvəl İŞİD silahlıları Kərkükün Rəşad rayonunda polis məntəqəsinə hücum ediblər. Bir neçə saat davam edən toqquşmalarda biri zabit olmaqla, 13 hüquq-mühafizə orqanı əməkdaşı öldürülüb.

Son xəbərlər

Orphus sistemi